image-2000x150
image-22backend

Prorektor qanunları necə tapdalayır?

image-728x90

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bir qrup tələbəsi burada baş verənlərlə bağlı bizə müraciət edib. Tələbələr iddia edir ki, universitetdə olan bəzi müəllimlər universitetlə tələbələr arasında uçurum yaradırlar. Bu əsasən imtahan zamanı daha da kəskinləşir. Tələbələrin iddiasına görə Universitetin tərbiyə işləri  üzrə prorektoru  olan Ata Babayevin qoyduğu qaydalarla idarə olunur. Xatırladaq ki, universitetdə  Ata Babayev bir vaxtlar “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin adamı kimi tanınır. Etibar Pirverdiyevin xeyir-duası ilə vəzifəyə gələn Ata Babayev indi universiteti öz qoyduğu qaydalarla idarə edir.

ADNSU-nun rektor əvəzi , dosent Vazeh Əskərov  yəqin ki, tezliklə bu şikayətləri nəzarətə götürəcək. Vazeh Əskərov peşəkar kadrdır. Məhz Vazeh Əskərovun rəhbərliyi ilə qısa zamanda Azərbaycan-Fransız Universiteti(UFAZ)  formalaşdırlmışdı. Yəqin ki, öz ətrafına peşəkarları yığan Vazeh Əskərov vaxtilə kimlərinsə tapşırıqları ilə vəzifə tutan adamları saf-çürük edəcək. Əgər bu baş verməsə yəqin ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər hansı bir inkişafından söz açmağa dəyməz.

Mövzuya yenidən qayıdacayıq…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90