image-rt-reklam
image-1backend

Prokuror sələmə pul götürdüyü şəxsi öldürən hərbçiyə ağır cəza istədi

image-728x90

Sələmə pul götürdüyü şəxsi öldürməkdə ittiham edilən hərbçinin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Sonuncu prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Ulusal.az xəbər verir ki, Əsədov Elvin Səyavuş oğlunun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutu.b

Hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihmaçısı çıxış edib.

Prokuror Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Elvin Əsədobun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məlumata görə Elvin qətlə yetirdiyi şəxsdən faizə pul götürübmüş.

Elvinin atası Səyavuş Əsədovun sözlərinə görə oğlu mərhum Zamiqdən 2500 manat faizə pul götürüb. Onun sözlərinə görə hərbçi olan oğlu bir ay ərzində 13 və 14-cü maaşlarını alaraq borcunu ödyəcəkmmiş. Lakin belə bir hadisə baş verib. Əlavə edib ki, oğlunun borcunu vermək üçün özü də kredit üçün banklardan birinə müraciət edibmiş. Qətl hadisəsindən bir gün sonra ona kredit verilib.

Xatırladaq ki, hadisə otən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Baş vermiş qətl hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Rəsmi məlumata görə aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90