image-rt-reklam
image-1backend

Prokuror 55 min manat mənimsəyən xanım mühasibə ağır cəza istədi

image-728x90

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Bakıda şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Abışova Bahar Altay qızının məhkəmə prosesi keçirilib.

Ulusal.az unikal-a istinadən xəbər verir ki, “Akrali Metal” şirkətinin 55 min 250 manat pulunu mənimsəyən Bahar Abışovanın dəymiş ziyandan 15 min manat ödədiyi məlum olub. Məhkəmə prosesində o da məlum olub ki, şirkət keçmiş mühasibinə 10 min manat da bağışlayıb. Sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Bahar Abışovanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Çıxış edən şirkət qanunu nümayəndəsi Bahar Abışovanın həbslə olmayan cəzanın verilməsini məhkəmədən xahiş edib. Şirkətin nümayəndəsi Ülkər Akralıda vəkilinin çıxışı ilə razı olduğunu qeyd edib. Məhkəmə prosesi 5 iyun tarixinə kimi təxirə salınıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90