image-2000x150
image-puttbackend

Professor İlham Rəhimov: “Putinin valideynlərinin hər ikisini yaxından tanıyırdım”

image-728x90

Bugünlərdə mətbuatda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin anası olduğu iddia edilən Vera Putinanın 97 yaşında vəfat etdiyi barədə məlumatlar yayılıb. Bu məlumatların nə dərəcədə həqiqət olduğunu öyrənmək üçün Vladimir Putinin tələbəlik yoldaşı və dostu, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimova müraciət etdik.

Professor İlham Rəhimov bizimlə söhbətində bildirdi ki, bir neçə il bundan əvvəl də guya Vladimir Putinin Gürcüstanda anasının tapılması barədə mətbuatda yanlış informasiya getmişdi. Bununla bağlı deyə bilərəm ki, mən Vladimir Putinlə tələbəlik illərindən birinci kursdan beşinci kursa qədər bir qrupda oxumuşam, aspiranturada oxuduğum illərdə və ondan sonrakı illərdə də ailəsi ilə yaxından tanışlığım var idi. Tələbəlik illərində və sonrakı illərdə də Leninqrada hər zaman yolum düşəndə Putingilə gedib atası və anası ilə də görüşürdüm. Yəni Putinin valideynlərinin hər ikisini yaxından tanıyırdım. Onun anası səhv etmirəmsə, 1991-ci ildə 90 yaşında dünyasını dəyişib.

– Mətbuatda o da qeyd olunur ki, Metexidə tapılan qeyri-rəsmi qeydlərdə guya Vladimir Putin 1959-1960-cı illərdə Metexi məktəbində oxuyub və rus deyil, onun gürcü ailəsində doğulduğu deyilir…

– Yalan informasiyadır, nə məqsədlə yazılıb mənasını başa düşə bilmirəm. Mən Leninqradda onunla bir məhlədə yaşayan və birinci sinifdən onuncu sinfə qədər bir sinifdə oxuyan bir neçə yaxın dostunu şəxsən tanıyıram.

putin-rehimov1.jpg (45 KB)

– Son vaxtlar Putinin xəstəliyi ilə bağlı yayılan şayiələr barədə nə deyə bilərsiniz?

– Mən axırıncı dəfə Putinlə qışda görüşmüşəm. Mənim ad günümü biz birlikdə qeyd eləmişik. Sağlımlığı ilə bağlı heç bir problemi yoxdur, səhhəti tam normaldır, heç bir xəstəlikdən söhbət gedə bilməz. Əksinə, onunla görüşəndə müşahidə elədim ki, idmanla məşğul olurdu, o cümlədən xokkey də oynadı. Mənə də təklif elədi ki, gəl cavanlığımızı yada salaq, güləşək…

Görünür, bu mövzunu tirajlamaq kimlərəsə sərf edir. Hansı məqsədə xidmət edir, başa düşə bilmirəm.

(İlkxeber.org)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90