image-2000x150
image-aqevbackend

Priqojini o öldürüb – Ağ Ev təsdiqlədi

image-728x90

ABŞ prezidenti Co Baydenin administrasiyası “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin ölümündə Kremlin məsuliyyət daşıya biləcəyinə eyham vurub.

Bu barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pierr brifinqdə bildirib.

Onun sözlərinə görə, Priqojinin ölümü ilə bağlı situasiyada “baş verənlər olduqca aydındır”. O, həmçinin ABŞ prezidenti Co Baydenin “Rusiyada Putinin arxasında olmadığı çox az hadisə var” sözlərini xatırladıb.

“Hamımız – hamımız bilirik ki, Kremlin öz rəqiblərinə sui-qəsdlərinin uzun tarixi var. Bu, Kremlin tarixidir. Əgər biz bir addım geri çəkilsək, bir saniyə geriyə baxsaq, deməli, hər şey onun – Rusiya Federasiyası daxilində hakimiyyətin səmərəsiz işi sayəsində baş verib”, – mətbuat katibi bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90