“Rusiya artıq iki cəbhədə mübarizə aparır. Bu Rusiya daxilində hakimiyyət uğrunda klanların savaşıdır. Hesab edirəm əsas mübarizə Ramzan Kadırov və Priqojin arasında gedəcək.”- Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, yaxın zamanda Vaqnerçilər Moskvaya doğru hərəkətə başlayacaq.
” Artıq Vaqner muzlu hərbi dəstələri Rusiya Cənub Hərbi Dairəsinin qərargahını, Rostovdakı Daxili İşlər Nazirliyinin binasını, FSB-ni və Rostov şəhər administrasiyasını ələ keçirib. Amma Ramazan Kadırov hələ bu savaşa qatılmayıb. Böyük ehtimal Kadırov Vaqnerçilərin qarşısını kəsməyə qadirdir və bu əməliyyata qoşulacaq.
“Biz Rostov şəhərini bağlayırıq və Moskvaya doğru irəliləyirik” – Priqojin Rostovda ələ keçirilən qərargahda Müdafiə Nazirliyinin rəhbərliyinə şərtlər qoyur. Amma Priqojin hakimiyyəti ələ keçirə bilməyəcək” -deyə Arzuman Muradlı bildirib.






















