Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, xanımı Ziraatxan Mirziyayeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.
Ulusal.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.