image-rt-reklam
image-0backend

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Azər Abbasov kimdir?

image-728x90
Prezident İlham Əliyev Azər Rasim oğlu Abbasovun Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ulusal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, 1985-ci ildə Bakı şəhərində anadan olub, 2007-ci ildə Bakı Dövlət Universitetini Hüquq fakültəsini üzrə bakalavr, 2010-ci ildə Kommersiya hüququ üzrə magistr pilləsində bitirib.
A.Abbasov əmək fəaliyyətinə 2006-cı ildə “Azərbaycan Hüquqçular Assosiasiyası” İctimai Birliyində hüquqşünas kimi başlayıb, 2008-ci ildən isə Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.
O, 2010-2016-cı illərdə əmək fəaliyyətini Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirib, 2016-2018-ci illərdə qurumun Hüquq sektorunun müdiri vəzifəsini icra edib, 2018-2023-cü illərdə Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90