image-2000x150
image-iqbal-11-2backend

Prezidentin Litvaya rəsmi səfəri ölkələr arasında əlaqələrin inkişafına təkan verəcək

image-728x90

“Azərbaycanın yerləşdiyi coğrafiyada tutduğu əlverişli mövqe, malik olduğu zəngin təbii ehtiyatlar, xüsusilə enerji resursları Bakıya olan beynəlxalq marağı hər ötən gün daha da artırır, ölkəmizi dünyada cəlbedici məkana çevirir. Məhz bütün bu amillərin nəticəsidir ki, dünyanın əksər ölkələri Qafqaz regionunda daha çox Azərbaycanla əməkdaşlığa üstünlük verir, Bakını özünə regionda strateji tərəfdaş seçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Litvaya rəsmi səfərə dəvət olunması da məhz həmin maraqdan, Azərbaycanla olan əməkdaşlıq istəyindən, bu əmıkdaşlığı yeni bir mərhələyə çatdırmaq arzusundan irəli gəlirdi”.

Bu fikirləri  Milli Məclisin deputat İqbal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfərini şərh edərkən səsləndirib. Bakı ilə Vilnüs arasında yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıran İqbal Məmmədov, bu səfərin ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yeni imkanlar açacağını vurğulayıb:

“Dövlət başçısının səfəri zamanı imzalanan sənədlər, eləcə də hər iki ölkə prezidentinin iştirakı ilə biznes forumun keçirilməsi iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinə öz müsbət təsirini göstərəcək”.

İqbal Məmmədov Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətlərin mövcud olduğunu qeyd edərək onu da bildirib ki, Vilnüs həm də Bakının Avropa İttifaqı ilə əlaqələrinin inkişafına mühüm faktor rolunu oynayır:

“Ümumiyyətlə, beynəlxalq təşkilatlar səviyyəsində Bakı və Vilnüs yüksək səviyyəli əməkdaşlıq edir. Litva Azərbaycana dost ölkə kimi ötən 30 il müddətində daim üzləşdiyimiz Qarabağ probleminə biganə qalmayıb və problemin diplomatik yolla, Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həllinə tərəfdar olub. Bu gün də rəsmi Vilnüs eynu mövqedədir”.

Millət vəkili onu da deyib ki, iki ölkənin nəqliyyat tranzit sahədə də kifayət qədər səmərəli əməkdaşlıq imkanları mövcuddur:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin səfər zaman litvalı həmkarı ilə keçirilən görüşdə qeyd etdiyi kimi Xəzər dənizinin Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları var. Qarşıdakı müddətdə daha səmərıi addımlar atmaqla bu sahədə uğurlu əməkdaşlığa nail olmaq mümkündür”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90