Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adından Xalq atisti Ramiz Quliyevin vida mərasiminə əklil göndərilib.
Ulusal.az xəbər verir ki, tarzənlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.
Vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, mərhum sənətkar II Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, xalq artisti Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib. O, səhhətinin pisləşməsi səbəbindən sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

