image-2000x150
image-photo_196979backend

Prezident Mikayıl Cabbarova yeni səlahiyyət verdi

image-728x90

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Ulusal.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi qiymətli metallarla və qiymətli daşlarla bağlı fəaliyyətə nəzarəti həyata keçirən müvafiq dövlət orqanlarının siyahısına əlavə edilib.

Əvvəl bu siyahıda Energetika Nazirliyi var idi.

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90