image-2000x150
image-img-20240423-wa0003backend

Prezident İlham Əliyevin Azərbaycan xalqına növbəti töhfəsi, dövlətimizin, xalqımızın növbəti qələbəsidir

image-728x90

Cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçiləndə Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini bərpa edəcəyinə, bir qarış torpağımızın belə kimsəyə güzəştə gedilməyəcəyinə and içmişdi. Biz, bu andın hər kəlməsinin addım-adım, məharətlə, qətiyyət və yüksək siyasi iradə, zəka nümayiş etdirilərək həyata keçirildiyinin şahidi oluruq. Tarixi günlər yaşayırıq və düşünürəm ki, bu tarixi hadisələrə şahid olmaq hər bir Azərbaycan vətəndaşı üçün böyük xoşbəxtlikdir.

Son bir neçə gün ərzində Azərbaycan iki tarixi nəticə əldə edib, bölgədənkənar qüvvələrin oyunlarını pozub, Ermənistanla birbaşa təmaslar yolu ilə nəticə əldə etməyin mümkünlüyünü bir daha sübuta yetirib. Azərbaycanın uğurları üzərinə şübhə toxumu səpməyə çalışan xəyanətkarların və onları idarə edənlərin ümidlərini puça çıxarıb, xalqın mənafeyinə xidmət edən uğurlu siyasətin növbəti səlnaməsini yazıb.
Qazax rayonunun indiyədək işğal altında qalmış 4 kəndinin savaşsız geri alınması Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Bu həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Hadisələrin bu axarda getməsi bir neçə vacib nəticələrə gəlmək imkanı yaradır. Birincisi, Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir.
Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması və 4 kəndin danışıqlar yolu ilə azad olunması Azərbaycanın haqlı tələbləri idi və hər ikisi yerinə yetirildi. Bu, Azərbaycanın ərazidə söz sahibi statusunun daha bir təsdiqidir. İkincisi, bu məsələlərin dinc yolla tənzimlənməsi onu göstərir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin bağlanması üçün hər hansı 3- cü tərəfə ehtiyac yoxdur. Nə Qərb, nə Rusiya ikitərəfli danışıqlara müdaxilə etməsə bölgəyə sülhün gəlməsi daha tez baş tuta bilər.
Sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması kimi sonrakı proseslər də Azərbaycan və Ermənistan arasında birbaşa dialoq yolu ilə aparılsa tezliklə Cənubi Qafqaz barış və qarşılıqlı əməkdaşlıq bölgəsinə çevrilə bilər: “Hadisələrin bugünkü gedişi onu göstərir ki, Azərbaycan bölgədə öz maraqlarını güdən və bu məqsədlə də sülh yaranmasına mane olmağa çalışan bütün kənar qüvvələrin təsirini neytrallaşdıra bilib və bütövlükdə bölgənin gələcəyi ilə bağlı öz siyasətini və planlarını sonadək həyata keçirmək əzmindədir.
Qazax rayonunun Ermənistanın işğalı altında olan 4 kəndinin delimitasiya prosesinin tərkib hissəsi kimi Azərbaycana qaytarılması, Prezident İlham Əliyevin Azərbaycan xalqına növbəti töhfəsi, dövlətimizin, xalqımızın növbəti qələbəsidir.
Şübhəsiz ki, Prezident İlham Əliyevin işıqlı zəkası, strateji düşüncəsi, yüksək diplomatik məharəti, qətiyyəti nəticəsində son bir neçə gün ərzində nəticəsi göz önünə sərgilənən qələbələr, təkcə ölkəmizin deyil, bütövlükdə regionun firavan, təhlükəsiz gələcəyi üçün mühüm önəm daşıyır. Bu tarixi qələbələr, Azərbaycan xalqının milli iradəsinin təntənəsi, bizə qarşı savaş açanların acı məğlubiyyəti, xarici maraqların muzdlu ifadəçilərinin əbədi rüsvayçılığıdır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90