image-rt-reklam
image-1backend

Prezident İlham Əliyev TDT Ağsaqallar Şurasının sədri Binali Yıldırımı qəbul edib

image-728x90

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqallar Şurasının sədri Binali Yıldırımı qəbul edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib ki, görüş TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvəsi üçün Qəbələ şəhərinə gəlmiş Binali Yıldırımla baş tutub.

Görüş zamanı İlham Əliyev və Binali Yıldırım arasında keçmiş əlaqələr və səfərlər müzakirə olunub.

Binali Yıldırım TDT-yə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və  Ağsaqallar Şurasının Türk dövlətləri arasında əməkdaşlığın inkişafına töhfə verməyə davam edəcəyini vurğulayıb.

Görüşdə həmçinin TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvəsinin önəmi qeyd olunub və Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlər kimi bu zirvənin də yüksək səviyyədə keçiriləcəyinə inam ifadə edilib.

Prezident İlham Əliyev və Binali Yıldırım Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin bütün sahələrdə daha da genişlənəcəyini bildiriblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90