Ulusal.az xəbər verir ki, fərmana əsasən, “Aviasiya haqqında” Qanunun 1.1.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirəcək.
Həmin maddədə qeyd olunan “orqan (qurum)” ifadəsi isə Azərbaycan Respublikasının Nazirlər Kabineti kimi müəyyən edilib.
Fərmanda, həmçinin Nazirlər Kabinetinə bu Qanundan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.