image-2000x150
image-img-20230308-wa0073backend

“Pozulan” hüquqların antiyengə müdafiəçiləri… – Bəxtiyar Hacıyevin son qalası: Nərmin Şahmarzadə

image-728x90

Bu gün dünyanın əksər ölkələri bəşəriyyətin zərif kəsiminə ithaf olunan 8 Mart bayramını qeyd etməkdədir. Bu bayramın yaranma tarixi və mahiyyəti haqqında çox yazılıb-danışıldığı üçün təkrar nəsə deməyə ehtiyac yoxdur. Müasir dönəmdə 8 Mart bəzi ölkələrdə sadəcə, Qadınlar günü, bəzilərində əməkçi qadınlar günü, yaxud da qadın hüquqlarının ön plana çıxarıldığı gün kimi qeyd olunur.

Təbii, Azərbaycanda da 8 Martla bağlı müəyyən ənənələr formalaşıb və o baxımdan,bu əlamətdar günün təqvim bayramları sırasından çıxarılması artıq heç təsəvvürə də gəlmir. Sovet dönəmində və müstəqilliyin bərpa edildiyi son 32 ildə 8 Martın qeyri-iş günü statusunu qoruyub saxlaması özlüyündə hər şeyi deyir.

Bununla belə, son dövrlərdə Azərbaycanda 8 Mart tarixini özlərinin və onları yönləndirənlərin şou tarixinə çevirməyə çalışan çevrələrin aramsız cəhdləri məsələə daha diqqətlə yanaşmaq zərurətini doğurur. Əslində, “qadın hüquqlarının müdafiəsi” adı altında meydana çıxaraq, əxlaqsızlıq saçan şüar və plakatlarla icazəsiz aksiya keçirməyə çalışan “milli feministlər” öz təxribatçı davranışları ilə cəmiyyəti hədsiz qıcıqlandırmağı sanki əsas məqsədləri elan ediblər.

Ötən illərlə müqayisədə 2023-cü ilin 8 Martı da istisna olmadı. Ölkənin bəlli fiqurlardan ibarət feminist hərəkatının təmsilçiləri martın 8-də Bakının mərkəzində növbəti aksiya keçirmək üçün meriyaya müraciət etdilər. Meriyanın rədd cavabına, hüquq-mühafizə orqanlarının isə xəbərdarlığına baxmayaraq, feministlər böyük qarşıdurma həvəsi ilə aksiyaya hazırlığı davam etdirdilər.

Bu sırada daha bir maraqlı nüansa toxunmaq lazım gəlir. Yuxarıda vurğulandığı kimi, sözügedən aksiyaya icazə verilməsə də, “Amerikanın səsi”, BBC və başqa xarici media orqanlarında feministlərin “8 mart hazırlığı” haqda davamlı süjetlər hazırlandı və yayımlandı. Əlbəttə, adları çəkilən media orqanlarının bu canfəşanlığı və feministlərə “informasiya dəstəyi” vermələrinin gerçək məqsədi hər kəsə aydındır.

Yayımlanan süjetlərdə feministlərin icazə verilməyən aksiyaya necə şövqlə hazırlaşdıqları publikaya nümayiş etdirilirdi. O materiallarda əvvəldən fikirləşdikləri şüarları lövhələrə yazan “aktivistlər”in öz fantaziyalarını yenə də çox boş buraxdıqları görünürdü. Nərmin Şahmarzadə və onun həmfikirləri bu dəfə əsas mövzu olaraq, intim sloqanlarla diqqəti cəlb etməyi düşünmüşdülər. Ötən aksiyalardan birindəki “vagina” şüarı kimi…

Nümayiş olunan plakatlardan birində “Alt paltarlarımızdan çıxın” yazılmışdı. Burada kimin nəzərdə tutulduğu məlum olmasa da, şüarin müəllifləri çox incə məqamı unutmuşdular. Hamı bilir, alt paltarı altda olur. Geyinən onun “qapısını” açmasa, kimsə oraya daxil ola bilməz. Belədə kimdən nə tələb etdiklərinin heç fərqində olmadıqları açıq görünür. Digər şüarlar da eyni qaydada öz məntiqsizliyi ilə seçilir…

Feministlərdən danışarkən, ümumiyyətlə, özlərini ictimai fəal imici ilə cəmiyyətə sırımağa davam edən “aktivist”lərin yalnız intim məsələlərlə bağlı diqqət mərkəzinə düşmələri təsadüfdürmü? Son olaraq, Bəxtiyar Hacıyevin “intim bioqrafiyası”nın faş olması bu cameədəkilərin çoxunun əxlaq və dəyərlərdən nə qədər uzaq olduğunu, cinsi həyatlarını heyvani instinktlə nizamladıqlarını bir daha ortaya qoydu.

Ona görə də bu əxlaqsız dəstənin demokratiya, qadın hüquqları, ədalət kimi dəyərlərlə  pərdələməyə çalışdıqları naqis xisləti ilə yaxşı nəsə etmək və müsbət nəyəsə nail olmaq mümkün deyil.

Bu arada Bəxtiyar Hacıyevin müdafiəçisi Nərmin Şahmarzadə yengə istəmirmiş. Sizi alan oldu, qaldı yengəniz…

İsmayıl Yusifoğlu

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90