image-rt-reklam
image-1backend

Polşaya hücüm edən  bütün Rusiya dronları məhv edilib – NATO aviasiyası dəstək göstərib

image-728x90

Polşanın Hərbi Hava Qüvvələri ölkə hava məkanını pozan Rusiya mənşəli bütün hücum dronlarını məhv edib. Əməliyyat zamanı NATO-nun, o cümlədən Niderland Krallığının F-35 qırıcıları Polşaya dəstək göstərib.

Ulusal.az xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin “X” sosial platformasında yaydığı məlumata görə, hava hücumu nəticəsində ölkə ərazisinə düşə biləcək dron qalıqlarının axtarışı davam edir.

Hökumət vətəndaşlara xəbərdarlıq edərək, hər hansı naməlum obyekt və ya qalıq aşkarlanarsa, onlara toxunmamaq, yaxınlaşmamaq və dərhal bu barədə “112” təcili yardım xidmətinə və ya ən yaxın polis bölməsinə məlumat vermək çağırışı edib. Qalıqların təhlükəli ola biləcəyi vurğulanıb.

Polşanın Müdafiə Nazirliyi əməliyyat zamanı göstərdikləri dəstəyə görə Niderlandın Kral Hərbi Hava Qüvvələrinə və NATO qüvvələrinə təşəkkürünü bildirib.

Artıq ölkənin hava hücumundan müdafiə sistemləri və radar nəzarəti adi rejimə qaytarılıb.

Rəsmi məlumatda bildirilir ki, Polşa Ukraynadakı hadisələri yaxından izləyir və hava məkanının təhlükəsizliyini təmin etmək üçün tam hazırlıqlı vəziyyətdədir.

Hadisənin fonu:

10 sentyabr gecəsi Rusiya Ukraynaya qarşı genişmiqyaslı dron hücumu həyata keçirib. Bununla əlaqədar Polşa öz hava hücumundan müdafiə və aviasiya qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş bildirib ki, 10-dan çox Rusiya dronu ölkənin hava məkanını pozub.

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak isə bu hücumu “Qərbin mümkün cavab mexanizmlərini yoxlamaq üçün Kreml tərəfindən planlaşdırılmış test” adlandırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90