image-2000x150
image-1backend

Polis 4 rayonda əməliyyat keçirdi – HƏBS OLUNANLAR VAR

image-728x90

Bakının Nəsimi rayonunda polis əməliyyat keçirib.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Kürdəmir rayon sakini Pünhan İmanov saxlanılıb.
Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd patron darağı və yeddi ədəd patron aşkar olunub.

Bundan başqa, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Səbbaqi saxlanılıb. Ondan çəkisi iki kiloqramdan artıq marixuana aşkar edilib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Masallı rayon sakini Fədakar Mürşüdov saxlanılıb. Ondan iki kiloqram heroin və 350 qram metamfetamin aşkar olunub.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şüvəlan qəsəbəsi ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini Nicat Quliyev saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Quliyevin evinə baxış zamanı oradan lüləsi kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 10 ədəd patron aşkar olunaraq götürülüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90