Yardımlı rayonu, Vərgədüz kəndinin poçt şöbəsinin rəisi içkili vəziyyətdə polislə mübahisə etdiyinə görə saxlanılıb.
Ulusal.az xəbər verir ki, poçt rəsi mübahisə zamanı polis əməkdaşlarını təhqir etməkdə ittiham edilib.
59 yaşlı poçt rəisi Firudin Tağıyev 10 sutka inzibati həbs cəzası alıb. Onun cəzası yanvarın 25-də bitir.
Məlumata görə, hadisə günü F.Tağıyev içkili olub. O, kəndin mərkəzində ictimai qaydanı pozaraq söyüş söyüb. Həmçinin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr söyləyib. Buna görə də saxlanılıb.
Firudin Tağıyev içkili olduğunu desə də, polisləri söymədiyini bildirir. Dediyinə görə, yolda gedərkən polis əməkdaşları ona göstəriş verməyə başlayıb və buna görə mübahisə ediblər. Sonra da onu saxlayaraq polis şöbəsinə aparıblar.
Musavat.com məsələ ilə bağlı Yardımlı rayonu, Vərgədüz kənd poçt çöbəsi ilə əlaqə saxlamağa çalışıb. Yardımlı rayon mərkəzi poçtundan bildirilib ki, poçt hazırda işləmir, bir həftə sonra açılacaq.
Yəni poçt rəisi həbs edildiyi üçün poçt işləmir…