image-rt-reklam
image-1backend

PKK belə məhv ediləcək: “Qaçqın formulu” qəbul olunacaq?

image-728x90

PKK-nı qadağan olunmuş qrup elan edən İraqda terror təşkilatını tərksilah etmək üçün “siyasi qaçqın” formulu müzakirə edilir. Bu vəziyyətə BMT nəzarət edəcək.

Ulusal.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın İraqla təmasları zamanı İnkişaf Yolu ilə yanaşı ən mühüm gündəm maddələrindən biri də terrorla mübarizə olub. Türkiyə İraqda terror təşkilatını tamamilə məhv etmək üçün “Birgə Təhlükəsizlik Mərkəzi”nin yaradılmasını tələb edir.

İraq hökumətinin sözçüsü Bəsim əl-Avadi bildirib ki, İraqdakı hər bir PKK üzvü siyasi qaçqın sayılacaq, lakin siyasi və hərbi fəaliyyətdə iştirakına və ya silah gəzdirməsinə icazə verilməyəcək.

“Qaçqın” formulunu dəyərləndirən politoloq Prof. Dr. Həsən Köni bu düstur üzərində daha çox iş görülməli olduğunu bildirib: “PKK-lılar Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında “qaçqın” statusu alacaq və tərksilah ediləcək. Lakin terror təşkilatı bu düsturu qəbul etməlidir. ABŞ-ın bu təklifə nə deyəcəyini bilmirik. ABŞ-ın terrorla mübarizə üzrə koordinatoru Elisabeth Richard burada terror təşkilatı olduğunu deyir, amma nə demək istədiyini açıqlamayıb. Riçard Suriyadakı YPG-ni saymır. Bu terrorçular 33-cü paralelə qədər olan ərazidədirlər və buradakı kəndlərdə yaşayırlar”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90