image-rt-reklam
image-pezeskianbackend

Pezeşkianın “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi: Onun Şuşaya səfəri…

image-728x90

İranın prezidenti Məsud Pezeşkian “Zəngəzur dəhlizi”nin açılmasını əhəmiyyətsiz mövzu hesab edir.

Ulusal.az xəbər verir ki, bu sözləri “NEWS.am”a müsahibəsində beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan deyib.

O qeyd edib ki, İranda ciddi hadisələr baş verir və bu gün ölkənin siyasi elitası iki yerə bölünüb.

“Prezident Pezeşkian başda olmaqla islahatçılar artıq “Zəngəzur dəhlizi”nin açılmasına o qədər də qəti etiraz etmirlər. Üstəlik, Pezeşkian bir gün əvvəl çox qalmaqallı açıqlama verib və deyib ki, İranın şimal-qərb sərhədində marşrutların bərpası məsələləri xırda məsələlərdir və narahat olmağa dəyməz. Yəni İran prezidenti “Zəngəzur dəhlizi”nin açılmasını əhəmiyyətsiz mövzu hesab edir”, – Balsanyan deyib.

Ekspert qeyd edib ki, Ayətullah komandası və İslam İnqilabı Keşikçiləri Korpusu əks mövqe tutur və Pezeşkianı kəskin tənqid edərək, dəhlizin açılmasının İran üçün dağıdıcı nəticələrinə işarə edir.

“Beləliklə, bizim artıq bu məsələdə vahid İran mövqeyimiz yoxdur. Pezeşkianın Şuşaya səfəri də bu kontekstdə simvolik xarakter daşıyır. Təəssüf ki, İranın bu məsələdə diplomatik fəaliyyəti ciddi deyil”, – deyə Balasanyan iddia edib ki, İranda müəyyən siyasi təlatümlər müşahidə olunacaq.

“Axı onların Konstitusiyasına görə, son qərarı Ayətullah verir və fikir ayrılığı yaranarsa, yeni prezident seçkiləri mümkün olacaq”, – ekspert bildirib.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90