image-rt-reklam
image-1backend

Pezeşkian irticaçı mollaların hədəfində – Prezidentin Azərbaycana dair fikirləri rejimi niyə hiddətləndirib?

image-728x90

İran parlamentinin Tehrandan olan üzvü Həmid Rəsai Prezident Məsud Pezeşkianı Azərbaycana dair açıqlamalarına görə kəskin tənqid edib. Əlbəttə, bu, Tehran rejimin sifarişi ilə Pezeşkiana qarşı ilk hücum deyil. Lakin bu dəfə fərq ondadır ki, Pezeşkian İranın yox, Azərbaycanın mövqeyindən çıxış etməkdə ittiham olunub.

Rəsai Pezeşkiana müraciət edərək deyib: “Cənab Pezeşkian, bəyanatlarınızda diqqətli olun. Düşmənlərimizə əsaslar verməyin. Zəncana səfəriniz zamanı dediyiniz sözlər İranın və Azərbaycanın bədxahlarının dəyirmanına su tökür”.

O iddia edib ki, guya İran Azərbaycana verdiyi dəstəyə(?) görə həmişə əziyyət çəkib, “itkilər verib” və hazırda “regionun maraqlarını müdafiə etməkdə davam edir”.

Rəsai xüsusilə Pezeşkianın “Əgər biz Azərbaycanın dostu ola bilmiriksə və İsrail bunu bizim yerimizə edirsə, bu, bizim öz günahımızdır” ifadəsindən narazı qalıb.

Deputatın sözlərinə görə, bu, İrana qarşı ittiham və Azərbaycanın İsrailin dostu kimi tanınmasıdır: “Siz Ali Rəhbərə(Xameneiyə-red.) sədaqətinizi bəyan edirsiniz, bəs Təbrizə səfəriniz zamanı Bakıda “Yaşasın Azərbaycan” qışqıran insanlar niyə sizi müşayiət edirdi?”.

Deməli, fars rejiminin “deputatı”nın məntiqindən belə çıxır ki, İran rəhbərliyi üçün “Yaşasın Azərbaycan!” ifadəsi düşmənçilik və təhlükə mənbəyidir. Belə çıxır ki, İranda və ondan kənarda heç kim, xüsusilə də rejimi dəstəkləyənlər “Yaşasın Azərbaycan!” deməli deyil.

“Deputat”ın bu fikirləri bir daha fars rejiminin Azərbaycanın varlığında, mövcudluğunda, yaşamasında maraqlı olmadığının etirafıdır. Yaxşı olar ki, Azərbaycandakı məzhəbçi “iranbazlar” bu cür açıqlamaları diqqətlə oxusunlar və nəticə çıxarsınlar. Əgər oxuya və nəticə çıxara bilirlərsə…“AzPoitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90