image-rt-reklam
image-1backend

Peskovdan Putinin Türkiyə səfəri barədə yeni AÇIQLAMA

image-728x90

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri zamanı ticarət-iqtisadi əlaqələrin bütün nüansları müzakirə olunacaq.

Ulusal.az xəbər verir ki, bunu fevralın 6-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Türkiyə bu sahədə mühüm tərəfdaşdır”,- Rusiya prezidentinin mətbuat katibi əlavə edib.

“Ticarət-iqtisadi əlaqələr bütün ölçülərdə müzakirə olunacaq. Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır və təbii ki, bu əlaqələrin bütün nüansları gündəmdə olacaq”, – deyən Peskov jurnalistlərə Putinin Türkiyəyə səfəri zamanı ABŞ-ın sanksiyaları səbəbindən iki ölkə arasında nizamlanma problemlərinin müzakirə olunub-olunmayacağı və hər hansı konkret razılaşmanın əldə olunmasının mümkünlüyü barədə suala cavab verib.

Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90