image-2000x150
image-1-131backend

Peskov: “Yaxın gələcəkdə sülh sazişi imzalana bilər”

image-728x90

“Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O deyib ki, dünənki görüşdə dövlət başçıları razılıq əldə ediblər. “Həqiqətən də, dünən prezidentlər Putin və Əliyev, həmçinin baş nazir Paşinyan baş nazirlərin müavinlərinin görüşünün keçirilməsi barədə razılığa gəliblər. Onlar gələn həftənin sonu Moskvada görüşəcəklər. Onlar mövcud problemləri, onların həlli yolları ilə bağlı fundamental qərarlar qəbul edəcəklər. Lakin biz hələ də təfərrüatları razılaşdırmalıyıq”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiya, Azərbaycan və  Ermənistan baş nazir müavinlərinin bir həftədən sonra görüşərək Qarabağla bağlı texniki məsələləri müzakirə edəcəklərini bildirmişdi. Peskov isə bununla bağlı deyib ki, ortaq fikir var. “Bunun həlli ilə bağlı dövlət başçılarının anlaşması var. Ona görə də, işçi qrupu səviyyədə artıq hər hansı süni maneə yaradılmamalıdır”.

Mətbuat katibi onu da deyib ki, hər şeyi sona qədər yekunlaşdırmaq vəzifəsi yoxdur. “Çünki əsas məsələ hələ də yekun nəticədir. Burada heç kim vaxtın dalınca qaçmır. Və məhz eyni səbəblərə görə, çətin ki, indi kimsə sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdıra bilsin. Baxmayaraq ki, dünənki görüşdə yenə də deyildiyi kimi, indi vəziyyət bir çox aspektlərdə və əslində konseptual olaraq dəyişib. Bütün bu hallar bizə yaxın gələcəkdə sülh müqaviləsi imzalamağa imkan verir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90