image-2000x150
image-peskov1673435375backend

Peskov: Rusiya PUA ilə bağlı milli layihə hazırlayır

image-728x90
PUA ilə bağlı təlimatların siyahısı tərtib olunacaq. Bununla əlaqədar milli layihə də hazırlanır.

Ulusal.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Dünən axşam gecə yarısınadək prezident PUA-larla bağlı məsələlərlə məşğul oldu. Çox ciddi görüş keçirildi. Moskvanın sənaye mərkəzində işləyən şirkətlərlə, ardınca isə hökumətlə də eyni mövzuda görüş keçirildi”, – o bildirib.

Peskov qeyd edib ki, təlimatların siyahısı tərtib ediləcək, əslində, söhbət Rusiya iqtisadiyyatında yeni sənayenin yaradılmasından gedir:

“Milli layihə hazırlanır, bunu Belousov (Rusiya Hökuməti sədrinin birinci müavini Andrey Belousov –red.) edir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90