image-rt-reklam
image-1backend

Pensiyaçılara ŞAD XƏBƏR: Qurban bayramı münasibətilə bu qədər əlavə ödəniş olacaq

image-728x90

Qarşıdan gələn Qurban bayramı münasibətilə Türkiyədə pensiya alanlara əlavə bonuslar ödəniləcək.

Ulusal.az xəbər verir ki, bu barədə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan açıqlama verib.

Onun sözlərinə görə, bayram mükafatları 31 may-4 iyun tarixləri arasında bank hesablarına yatırılacaq.

Sosial Müdafiə Təşkilatı (SGK), BAĞ-KUR (Sənətkarların və Digər Müstəqil İşçilərin Sosial Müdafiəsi Təşkilatı) və Pensiya Fonduna üzv olan bütün təqaüdçülər bonus ödənişlərindən faydalanacaqlar. Bir nəfər üçün bonus məbləği 4 min lirə (173 manat) nəzərdə tutulub.

Ödənişlərin pensiya növünə görə müxtəlif günlərdə həyata keçirilməsi planlaşdırılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90