image-2000x150
image-img-20240503-wa0075backend

Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb

image-728x90

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası mini futbol turnirinə yekun vurulub.

2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən – rayon və şəhər mərhələlərindən ibarət olan futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.
Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında təşkil edilən yarışlar olimpia sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edib.
Turnirin birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.
Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulub. Final oyununda Səbail rayonunun “Bayıl” komandası Nizami rayonunun “Flaqman” komandası görüşüblər. 3 : 2 hesabı ilə qalib gələn Səbail rayonunun “Bayıl” komandası turnirin qalibi olub.
3-cü yer uğrunda yarışda Qaradağ rayonunun “Lök Batan” komandası Xətai rayonunun “Qarabağ” komandasına 6 : 1 hesabı ilə qalib gəlib.
Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90