image-2000x150
image-1backend

Paytaxt rayonlarında birgə monitorinqlər davam etdirilir

image-728x90

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş birgə monitorinqlər davam etdirilir.
Bu məqsədlə martın 6-da icra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən ibarət monitorinq qrupları Qaradağ rayonunda reydlər keçirib.
Monitorinq qrupları rayon ərazisindəki küçə və prospektlərdə, park və məhəllələrdə apardıqları reydlərin nəticəsi olaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, rahat və təhlükəsiz hərəkət üçün mövcud səkilərin bərpası, həmçinin ehtiyaca uyğun olaraq yenilərinin salınması və digər istiqamətlərdə təkliflər hazırlayıblar.
Qeydə alınan çatışmazlıqların aradan qaldırılması üçün növbəti mərhələdə aidiyyəti qurumlarla əməkdaşlıq əsasında tədbirlərin icrasına başlanılacaq.
Xatırladaq ki, daha əvvəl Səbail, Yasamal, Suraxanı, Binəqədi, Nəsimi və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilmiş, ağaclar budanmış, yaşıllıqlar salınmış, işıqlandırma sistemləri qurulmuş və digər zəruri abadlıq işləri aparılıb.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90