image-rt-reklam
image-1backend

Paytaxt məktəbində bir ilk – QR kitabxana yaradılıb

image-728x90
Paytaxtdakı 144 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı təşəbbüs reallaşdırılıb. Belə ki, məktəb rəhbərliyinin təşəbbüsü ilə müəllimlər üçün QR kitabxana yaradılıb.

Ulusal.az xəbər verir ki, QR kitabxanada müxtəlif janrlı resurslar- qısa hekayələr, motivasiyaedici kitab və məqalələrdən hissələr, lirik musiqi nümunələri, həmçinin qısametrajlı filmlər toplanıb. Müəllimlər mobil telefon vasitəsilə QR kodları oxudaraq arzu etdikləri bölmələrə daxil ola bilərlər.

Layihənin əsas məqsədi pedaqoji heyətin asudə vaxtının səmərəli təşkili, mütaliə və şəxsi inkişaf vərdişlərinin rəqəmsal formatda təşviq edilməsidir. Məktəb rəhbərliyi bu təşəbbüsün təhsil müəssisəsində rəqəmsal resurslardan istifadənin genişləndirilməsinə, müəllimlərin peşəkar baxımdan inkişafetdirici mühitində fəaliyyət göstərmələrinə töhfə verəcəyini düşünür.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90