image-rt-reklam
image-1backend

Payızda referendum keçiriləcək? – AÇIQLAMA

image-728x90

Xəbər verdiyimiz kimi, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat – 8,3 % artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır. Büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər isə 50%-ə yaxın artırılaraq 46,7 milyon manata çatdırılıb. Ekspertlər ehtimal edirlər ki, seçki xərclərinin artırılması payızda refendum keçiriləcəyindən xəbər verir.

Bununla bağlı Pravda.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, istənilən cəmiyyətdə ciddi ehtiyac varsa, referendum keçirilə bilər.

“Torpaqlarımızın işğaldan azad olunması ilə bağlı hər hansı məsələlər ola bilər. Konstitusion normalara hansısa dəyişikliklər edilməsi mümkündür. Bunlar, sadəcə, ehtimallardır, məlumatım yoxdur. Bu, daha çox ali icra orqanı Prezident Administrasiyasının səlahiyyətində olan məsələdir. Azərbaycan prezidentli respublikadır. Bu baxımdan, Administrasiya tərəfindən hər hansı qanunvericilik təşəbbüsləri irəli sürülərsə, Konstitusiyaya dəyişikliklər nəzərdə tutularsa, referendum keçirilə bilər. Burada qeyri-adi bir şey yoxdur”, – deputat bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90