image-2000x150
image-araikbackend

Paşinyanla görüşən Araik istefa verir – Bakının tələbi budur ki…

image-728x90

Xankəndində separatçı-terrorçu rejimin daxilində çətin vəziyyət yaranıb.

 Separatçıların “başçısı” Araik Arutyunyan istefa verməyə hazırlaşır. Buna səbəb onun Paşinyanla görüşüdür.

Məlumatlara görə, Araikin Paşinyanla görüşəndə, ikinci Azərbaycana inteqrasiya etməkdən başqa çıxış yolunun olmadığını deyib.

“Araik yaxın ətrafına Paşinyanla keçirdiyi çətin görüşdən danışıb. Nikol rəsmi Bakının fikrini təkrarlayıb və bildirib ki, Qarabağdakı ermənilər Azərbaycana inteqrasiya olunmalı, azərbaycanlılarla anlaşmalı, birlikdə yaşamalıdır, çünki alternativ yoxdur, əks təqdirdə müharibə olacaq. Araik ağır əhval-ruhiyyə ilə Qarabağa qayıdıb və yaxın ətrafında bildirib ki, artıq “prezident” vəzifəsində qalmaq istəmir”, – “Hraparak” nəşri mənbələrinə istinadən yazır.

Bu görüşdən sonra separatçı rejimin qondarma parlamentinin “konstitusiya dəyişiklikləri layihəsini” müzakirə edərək, qəbul etməsi diqqət çəkir. Bu qondarma “qanuna” görə hərbi vəziyyət dövründə “prezident vəzifəsi” boş qalarsa, qondarma “parlament” bu posta adam seçə bilər.

“Bu o deməkdir ki, Araik Arutyunyan postunu başqasına vermək niyyətindədir”, – nəşr yazır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90