image-rt-reklam
image-1jpgbackend

Paşinyanın Tbilisidə təzadlı çıxışı: Rusiya ilə “körpü”nü yandırır?

image-728x90

Üç ildir ki, kommunikasiyaların açılması müzakirə olunur. Lakin bu illər ərzində Ermənistan baş naziri Nikol Paşinyan sözügedən istiqamətdə müxtəlif mövqelər sərgiləyib. Onun mövqeləri bəzən üst-üstə düşüb, bəzən isə bir-birinə zidd olub. Daha doğrusu, əlaqələrin inkişafına hazır olduğunu bir neçə dəfə bəyan etsə də, sonra sözünə dönük çıxıb.

Publika.az xəbər verir ki, Tbilisidə keçirilən 4-cü İpək Yolu Beynəlxalq Forumunda Ermənistanın baş naziri N.Paşinyan Azərbaycanla kommunikasiyaların bərpasına dair fikirlər səsləndirib. Milli Məclisin üzvü, politoloq Hikmət Babaoğlu onun çıxışını şərh edib.

Millət vəkili qeyd edib ki, Paşinyan sabit siyasətçi deyil: “Ona görə də bu insanın açıqlamalarının üzərindən hansısa bir proqnoz vermək çox çətindir. Bildiyiniz kimi, Zəngəzur dəhlizinin açılması Ermənistanın əsas öhdəliyidir. Lakin o, bu öhdəliyi yerinə yetirmir, manipulyasiya edir.

İkincisi, Tbilisidəki çıxışında belə Ermənistan baş nazirinin öz fikirlərini şərti ifadələrlə əsaslandırdığını müşahidə etdik. “Biz kommunikasiyaları bu şərtlə açmağa hazırıq” və s. bu tipli. Ona görə hesab edirəm ki, Nikolun budəfəki nitqi də qeyri-səmimi və ciddilikdən kənardır”.

H.Babaoğlu əlavə edib ki, Ermənistanın daha bir öhdəliyi kommunikasiyalar açıldığı təqdirdə yollarda təhlükəsizliyi kimin təmin etməsilə bağlıdır: “Üçtərəfli bəyannamədə bunu Rusiya sərhəd qoşunlarının həyata keçirəcəyi göstərilir. Amma Paşinyan Gürcüstandakı forumda çıxışı zamanı təhlükəsizliyi təmin etmək məqsədilə xüsusi qüvvələrin hazırlandığını bildirir. Bu, artıq Rusiya-Ermənistan münasibətlərinə qarşı çıxmağın göstəricisidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90