Nikol Paşinyanın Rusiyaya səfərinin əsas məqsədlərindən biri Moskvanın həm “Zəngəzur dəhlizi”, həm də daxili erməni prosesləri ətrafında “damarını” yoxlamaqdır.
Ulusal.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti hökumətyönlü mənbələrə istinadən yazıb.
“Digər şeylərlə yanaşı, anlamaq lazımdır ki, Zəngəzur məsələsi, geniş yayılmış söz-söhbətlərə görə həll olunarsa, Moskva qəti addımlar atmağa nə qədər hazırdır, katolikos zorla çıxarılarsa, nə ediləcək? Təsadüfi deyil ki, o, bu səfər ərəfəsində Patriarxa növbəti hücumu dövriyyəyə buraxdı ki, Rusiyada mümkün reaksiya barədə müəyyən fikir formalaşsın. Və Moskvadan gözlənilən təhlükənin az olduğunu başa düşsə, çox konkret addımlara keçəcək”, – qəzetin mənbəsi bildirib.Publika.az