image-rt-reklam
image-1backend

Paşinyanın partiyası: Ermənistanın baş nazirinin istefa məsələsi gündəmdə yoxdur

image-728x90

Ermənistanın baş naziri və “Vətəndaş sazişi” partiyası hökumət başçısının istefası məsələsini heç kimlə müzakirə etmək fikrində deyil.

Ulusal.az erməni mediasına istinadən xəbər verir ki, bunu mayın 17-də jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sarkis Xandanyan deyib.

Onun sözlərinə görə, bu məsələ müzakirə mövzusu ola bilməz. Erməni deputat xatırladıb ki, Ermənistan vətəndaşları 2021-ci ildə seçkilər yolu ilə hökuməti təyin edən parlament formalaşdırıb, onun rəhbəri var.

Xandanyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda” hərəkatı ilə görüşlərin gündəmlərində olmadığını vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90