image-rt-reklam
image-1backend

Paşinyanın müttəfiqi: Siz bu ərazilərin Azərbaycanın olmasına şübhə edirsiniz?

image-728x90

Demarkasiya və delimitasiya prosesi bizim mövcud sərhədlərimizin təsdiqidir, bu sərhədlər mövcuddur, yeni sərhədlər ola bilməz.

Ulusal.az xəbər verir ki, bunu aprelin 3-də parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan deyib.

“Bizim ərazimizdə olan bizimdir, bizim olmayanlar Azərbaycana qaytarılacaq. Demarkasiya hüquqi müstəvidədir, hər şeyə Tavuşdan başlamaq qərara alınsa, yəqin ki, hər bir hissəyə çatdıqdan sonra imzalanma olacaq – bu hissə sərhəddir, artıq problem yoxdur, bu xəritələrə, bu hüquqi aktlara görə , hər şey razılıqla edilməlidir”, – Xaçatryan deyib.

İrəvanla Bakı arasında tərəfləri istiqamətləndirən razılaşdırılmış xəritənin olub-olmaması ilə bağlı suala deputat belə cavab verib: “İrəvan Bakı ilə heç bir xəritədə razılaşmır, çünki İrəvanın beynəlxalq səviyyədə tanınmış xəritəsi və sərhədləri var. Biz heç kimlə nəyisə razılaşmaq məcburiyyətində deyilik. Bu xəritə ilə metr-metr irəlilədik. Bu, Alma-Ata Bəyannaməsi ilə təsdiqlənmiş xəritədir. Dövlət sərhədində bir metr belə dəyişiklik ola bilməz”.

Təkcə Ermənistan hakimiyyətinin Tavuş kəndlərinin Azərbaycanın olduğunu iddia etməsinə münasibət bildirən deputat qeyd edib: “Siz xəritəyə görə onların Azərbaycanın olduğuna şübhə edirsiniz, ciddisiniz? Əgər bura Azərbaycan ərazisidirsə, o zaman onlara, bizim ərazilərimiz də bizə keçəcək”.

Xaçatryanın sözlərinə görə, bütün problemlər, o cümlədən yollar məsələsi həll olunacaq. “Bəli, Azərbaycanın ərazisinin bizdə olması bizim üçün əlverişlidir. Amma proses başlayıb və siz onu saxlaya bilməzsiniz”, – deyə o yekunlaşdırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90