image-2000x150
image-imagesbackend

Paşinyanın müəmmalı Moskva səfəri: Kreml nə tələb edəcək?

image-728x90

“Bugünlərdə Moskvadan qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də yenidən Rusiyaya iki günlük səfər edəcək. Nikol Paşinyan son Moskva görüşündən narazı qaldığını gizlətməyib.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq əlavə edib ki, Paşinyanı  narazı salan Kremlin Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Bakıya təzyiq etməməsidir.

“Buna baxmayaraq, Paşinyan Kremlin hər səfər çağırışına “əmr edərsiniz” deyib Rusiyaya yollanır. Nikol Paşinyan iyunun 1-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, vasitəçi Brüssellə yanaşı Paris və Berlin olacaq. Görünür, Kreml Paşinyandan bu görüşün hesabatını istəyəcək. Paşinyan Kremli rahatlatmaq üçün bəri başdan deyib ki, Kişinyovda sülh sazişi imzalanmayacaq.” -deyə Elxan Şahinoğlu bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90