Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etməmək qərarı ölkənin təhlükəsizliyini təhdid edir.
Ulusal.az TASS-a istinadən xəbər verir ki, bunu müxalif “Ermənistan” fraksiyasının rəhbəri, Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyan deyib .
“Təhlükələrin dərinləşdiyi, çətin hərbi-siyasi vəziyyətin yarandığı bu şəraitdə KTMT tədbirlərində iştirak etməmək Ermənistanın təhlükəsizliyini başqa təhlükə altında qoyur”, – Ohanyan bildirib.
Ohanyan qeyd edib ki, bir çox hallarda münasibətlərin korlanması Ermənistan rəhbərliyindən asılı olub. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Paşinyanın noyabrın 23-də Minskdə keçiriləcək KTMT iclası ilə bağlı qərarından təəssüflənir.