image-rt-reklam
image-1-134backend

Paşinyanın həyat yoldaşı: “Ölən erməni əsgərlər 50 qram araq və kabab olanda yada düşür”  

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan özünün Facebook hesabında ölən erməni əsgərlərlə bağlı paylaşım edib. Müharibədə ölmüş və yaralanmış erməni əsgərlərinin ailələri üçün keçirilən konsert barədə təəssüratlarını bölüşən Akopyan bir çoxlarının “xırda-xuruş” məsələlərə toxunmadığını dilə gətirib.

O yazıb ki, müharibədə əlilləri olan erməni əsgərlərə həsr olunmuş konsertdə həlak olanları heç kim xatırlamırdı. “Yanımda isə 44 günlük müharibədə ölmüş Xaçatur və Qorun anaları Narine və Liliya vardı. Onlara nə deyəcəyimi bilmirdim”.

Paşinyanın həyat yoldaşı bildirib ki, ölən əsgərlər ermənilərin yadına yeyib-içmək süfrəsi arxasında düşür. “Ya tədbirlərdə onları xatırlayırlar. Ya da masa üzərində kabab və 50 qram araq olanda ölən əsgərlər ermənilərin yadına düşür”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90