“Ermənistandakı xristian kilsəsinin 1700 illik tarixi yerin dibinə qədər məhv edilməli mifdir”.
Ulusal.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Arsen Torosyan deyib.
Torosyan bildirib ki, kilsə erməni dövlətçiliyini məhv edir.
“Xalqımız bu fırtınalı dənizdə üzmək üçün 100 ildən çox köhnə əfsanələri və stereotipləri tamamilə məhv etməlidir. Bunlardan biri də 1700 illik mifdir. Kilsə öz daxili və xarici qrup maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir”, – Paşinyanın deputatı vurğulayıb.