image-2000x150
image-1backend

“Paşinyanın arzusu rusları türklərlə əvəz etməkdir” – Ermənilər “Türk təhlükəsi” ilə şantaj edilir

image-728x90

“Qərbyönümlü” Nikol Paşinyan Rusiyaya arxa çevirdikcə, Erməmnistandakı rusiyapərəst və revanşist siyasi qüvvələr onun ünvanına tənqid və təhqirləri daha da tündləşdirirlər.

Ermənistan parlamentinin sabiq vitse-spikeri, Serj Sarqsyanın Respublika partiyasının sözçüsü Edurad Şarmazanov Paşinyan hakimiyyətini anti-Rusiya və Türkiyə meylli siyasətinə görə sərt tənqid edib: “Paşinyanın arzusu “Zvartnots”da(İrəvan aeroportu) rusları türklərlə əvəz etməkdir”.

O, qeyd edib ki, Ermənistanın hazırkı hakimiyyətinin “Zvartnots”dan rus sərhədçilərini çıxarmaq niyyəti bir il yarım əvvəl Baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Rusiyanın hərbi mövcudluğunun azərbaycanlılar və türklər üçün təhlükə yaratdığını bildirəndə açıq-aydın görünürdü: “Dövlət təhlükəsizliyi baxımından bu, tamamilə axmaqlıqdır, lakin onların nöqteyi-nəzərindən bəlkə də məntiqlidir, çünki Paşinyan Ermənistanı türk dünyasının bir hissəsinə çevirmək üçün əməliyyat həyata keçirir”.

Əlbəttə ki, Kremlin tezisləri əsasında və S.Sarqsyanın “ağzı ilə” danışan Şarmazanov Ermənistan hakimiyyətinin “qərbyönlü oriyentasiyası” ilə bağlı deyilənlərə inanmamağa çağırıb və əlavə edib ki, guya Pşainyan Qərbə yox, Türkiyəyə xidmət edir: “Paşinyan Qərbə gedir, amma mən sizə deyim ki, bu “Qərb” Türkiyədir. Əgər Türkiyənin Ermənistanda Fransa, Amerika, Britaniya və ya digər Qərb bazalarının yerləşdirilməsinə icazə verəcəyini düşünürsünüzsə, dərindən yanılırsınız. Türkiyə Rusiya hərbi mövcudluğunun daha da azaldılması məsələsində Qərbin müttəfiqidir”.

Şarmazanov Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri korlamasına olduqca aqressiv münasibət bildirib: “Təbii ki, Ermənistan-Rusiya münasibətlərində problemlər var, lakin onları həll etmək lazımdır, müttəfiqi düşmənə çevirməməli və Ermənistanın təhlükəsizliyinin qapılarını real təhlükəyə – Türkiyəyə açmamalıdır”.

Qeyd edək ki, bir gün əvvəl Ermənistanın ictimai televiziyasına müsahibə verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın 1991-ci ildən bəri Rusiyadan güclü asılılığını “strateji səhv” adlandırıb. Sarqsyanın partiyasının mövqeyi isə göstərir ki, revanşist qüvvələr açıq-aşkar Rusiyanın maraqlarına xidmət etdiklərini qətiyyən gizlətmirlər.

Əsas məqamlardan biri isə odur ki, rusiyapərəstlər yenə də erməni cəmiyyətini “Türk təhlükəsi” ilə şantaj etməkdə davam edirlər. Yəni, tarix bir növ təkrarlanır və bu, bir daha göstərir ki, erməni cəmiyyətinin “Türk düşmənliyi” xəstəliyi hələ də sağalmayıb. Bu xəstəliyə yoluxanların sayı yüksək olaraq qalır. Kreml isə bundan istifadə edərək, Ermənistandakı təsirini saxlamağa çalışır…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90