image-2000x150
image-1backend

Paşinyanı dediyi sözə peşman etdilər: qorxusundan həyatının səhvini etdi – VİDEO

image-728x90

“Rəsmi Bakının sülh və təhlükəsizlik üzərində qurulmuş postmüharibə konsepsiyası ortadadır və Ermənistan ən azı iki dəfə 2022-ci ilin oktyabrında Praqada, 2023-cü ilin mayında Rekyavikdə Paşinyanın etirafları ilə bu konsepsiyanı rəsmən məqbul qarşıladığını ortaya qoyub. Lakin gəlin, görək sonra nə baş verdi?”

Bu barədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Həftə” analitik-informasiya proqramın müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib.

O qeyd edib ki, Paşinyanın sözlərinin reallığa çevirilməsinə imkan vermədilər:
“Bir tərəfdən Fransa başda olmaqla bəzi Avropa dövlətləri, digər tərəfdən beynəlxalq mərkəzlər, üçüncü tərəfdən də mayası terrorla yoğrulmuş erməni diasporu konkret – ASALA və Daşnaksutyun kimi terror təşkilatları Paşinyanın üzərinə elə hücuma keçdilər ki, hətta Nikolun oğlunu belə oğurlamağa cəhd göstərdilər. Yazıq Baş nazir sözlərini geri götürdü. Daha sonra da “səhvlərini” düzəltməyə çalışdı”.

Eyni zamanda Rövşən Məmmədov ədalətin bərpasının Azərbaycan modelindəki yerindən də danışıb. O, əsas diqqətin mülki əhali arasında itkinin olmaması və separatçılar təslim olan kimi əməliyyatın dayandırılmasına yönəldiyini vurğulayıb.

Keçiddə bu barədə daha ətraflı məlumat ala bilərsiniz:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90