image-rt-reklam
image-2f9e48851015e5deb479e937be8a0394backend

Paşinyana ŞOK SÖZLƏR: “Qarabağı verdin, indi də…”

image-728x90

“Sən Qarabağı təslim etdin, Ermənistanı da bu cür verəcəksən. Görəsən, nə vaxt gedəcəksən?”

Bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan öz feysbuk səhifəsində yazıb.

Baqratyan baş nazir Nikol Paşinyanın Ümumerməni Oyunlarında çıxışını tənqid edib.

“Biz tarixi dövrə qədəm qoyuruq, dövlətə olan iradəmiz sarsılmaz olmalıdır”, – deyə Baqratyan Paşinyanın açılışdakı bu sözlərini xatırladıb.

“Onu demək istəyirsən ki, artıq Qarabağ bitdi, görək Ermənistanı xilas edə bilərikmi? Qarşıdakı məğlubiyyətlərlə bağlı indidən alibi hazırlayırsan?” – deyə Ermənistanın keçmiş baş naziri qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90