image-rt-reklam
image-zatulinbackend

Paşinyan Zatulini qəzəbləndirib: “Həyasız bəyanatlar verir, onun yanında türklər və azərbaycanlılarla…”

image-728x90

Ermənistanın baş naziri Rusiyaya qarşı “getdikcə həyasız” bəyanatlar verir.

Publika.az xəbər verir ki, bu fikri Rusiya parlamentinin aşağı palatasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Moskva danışır” radiostansiyasının efirində deyib.

“Paşinyan Rusiya haqqında daha çox, daha səmimi və hətta həyasızcasına danışır. O hesab edir ki, müxalifət kifayət qədər güclü deyil və kifayət qədər nüfuzdan salınıb. Artıq onun çevrəsində türklərlə və azərbaycanlılarla ortaq biznesə açıq mərc edənlər var ki, əvvəllər bu, qətiyyən mümkün deyildi”, – Zatulin bildirib.

Zatulin iddia edir ki, Nikol Paşinyanın və onun hökumətinin Ermənistanın başında olması opponentləri üçün faydalıdır. “Qərb əmindir ki, hazırkı baş nazir Rusiyanı respublikadan “qovmağa” qadirdir”, – deyə o izah edib.

“Paşinyan bu gün Azərbaycan və Türkiyə üçün ən uyğun liderdir. Məhz Paşinyanın dövründə Ermənistan həm hərbi, həm də diplomatik arenada biabırçı məğlubiyyətə uğradı”, – Zatulin bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90