Moskvada Rusiya lideri Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirilir. Görüşlə bağlı bir çox gözləntilər mövcuddur. Əsas sual isə Rusiyadakı bu görüşlərdən sonra Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı ilə bağlıdır.
Mövzunu şərh edən politoloq Samir Hümbətov görüşlə bağlı nikbin proqnoz səsləndirə bilməyəcəyini deyib:
“Tarixi təcrübə və bugünə qədər baş verən proseslər Paşinyanın yenə də masadan qaçacağını deməyə əsas verir. Bizim bu görüşdən sonra yekun sülhlə bağlı nəticə alacağımıza inanmıram. Çünki Ermənistan dünən MDB ilə bağlı yekun sənədi imzalamaqdan imtina etdi. Bu, onu göstərir ki, İrəvan Moskvaya hansısa sənədi imzalamağa gəlməyib. Ermənistanın məqsədi guya ciddi bir dövlət kimi bütün platformalarda iştirak etdiyini göstərməkdir. Sülh müqaviləsinin imzalanması ilə bağlı nəticənin olması üçün yekun anlaşma mütləqdir. Amma hələ belə bir potensial formalaşmayıb. Bu baxımdan düşünürəm ki, Ermənistanın Azərbaycanla üçlü formatda sənəd imzalayacağı reallığı əks etdirmir. Paşinyan 10 noyabr üçtərəfli bəyanatına imza atıb onun şərtlərini yerinə yetirmirsə, deməli İrəvanın məqsəd fərqlidir. Ermənistan yalnız imitasiya xarakterli addımlar atmaqla kifayətlənir”.konkret.az