image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Paşinyan xilas yollarını axtarır” – Arzuman Muradlı

image-728x90

“Rusiya regionda sülh müqaviləsinin bağlanmasına imkan vermək istəmir. Bunu Ermənistan-Azərbaycan münasibətlərində 44 günlük müharibədən sonra baş verən hadisələrin xronologiyasına nəzər saldıqda aydın görmək olar. Bütün bunlara rəğmən Paşinyanın nə etmək istədiyini daha aydın görə bilərik.” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq bildirib ki, Rusiyanın bütün basqılarına baxmayaraq Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanması yollarını Qərbdə axtarır.

“Moskvanın sözünə baxmadığına görə hər dəfə müxtəlif formalarda təzyiqlərlə üz-üzə qalsa da, o, yenə də müstəqil siyasət yeritməyə, Rusiyanın boyunduruğunu sındırmağa can atır. Onun Kremlin istəyinin əksinə olaraq, bu yaxınlarda Qarabağın Azərbaycan torpaqları olduğunu rəsmi elan etməsi Moskvanın böyük qıcığına səbəb olmuşdu. O, bunun belə olacağını öncədən bilsə də bu addımı atdı.

Şimaldan olunan bütün basqılara baxmayaraq, Paşinyan öz siyasətini davam etdirir. Bu siyasətin fəlsəfəsi isə Azərbaycan və Türkiyə ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq, sərhədləri və kommunikasiyaları açmaqla regionun imkanlarından Ermənistan iqtisadiyyatının inkişafı üçün geniş imkanlar yaratmaq təşkil edir.

Paşinyan Türkiyə və Azərbaycanla gələcək münasibətlərin bünövrəsini yaradarkən Rusiyanın bugünkü aqibətini yetərincə düzgün qiymətləndirir. Bir sözlə, düşmənimiz olsa da, o, bu gün ən ağıllı erməni statusunda olan bir siyasətçidir. Prezident İlham Əliyevin dəmir yumruğunu dəfələrlə başının ortasında görsə də, öz amalları naminə bunları həzm etməyi bacardı”.- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90