“”Laçın dəhlizi”ndə baş verən təxribatın arxasında duran qüvvələr var. Onların bir niyyəti var NATO-nun sülməramlı missiyası Ermənistanla sərhəddə və Qarabağa yerləşdirilsin. Amma Rusiya indiki halda buna imkan verməyəcək” -Bu fikirləıri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, rəsmi İrəvan vəziyyəti gərginləşdirməklə Qərbin diqqətini yenidən regiona yönləndirmək istəyir.
“Amma İrəvan unudur kji, bu onlara fayda verməyəcək. Çünki Azərbaycan bu gün 11 ölkənin enerji təminatçısıdır. Üstəlik Rusiya NATO-nun regiona daxil olmasına heç bir halda imkan verməz. Məhz NATO amilinə görə Ukraynada uzun müddətdir ki, savaş gedir. Paşinyan tezliklə sülh müqaviləsi bağlamasa, böyük ehtimalla devriləcək. Rusiya Ermənistana iki dəfə xəbərdarlıq edib. Nəzərə alın ki, Rusiyanın ən böyük hərbi bazalarından biri məhz Ermənistan əraisindədir. Bir sözlə Ermənistan Qərb yönümlü addımlardan çəkilməsə Rusiya İrəvanı sərt cəzalandıracaq” -deyə Arzuman Muradlı bildirib.






















