Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezident Levon Ter-Petrosyanı hakimiyyət əleyhinə hərəkətlərdən çəkinməyə və sakit olmağa çağırıb.
Ulusal.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında yazıb:
“Hörmətli Levon Ter-Petrosyan, siz 1996-cı ildə seçkilərin nəticələri ilə üzləşməkdən, 1998-ci ildə iqtidardan, 2008-ci ildə isə müxalifətdən qaçdınız. Başa düşürəm indi də istəyirsiniz, amma qaçmağa yer tapa bilmirsiniz.
Sizə artıq ehtiyac yoxdur. Sadəcə, sakit olun və Ermənistan Respublikasında qurulan dinc həyatdan zövq alın. Hər kəsə xoş gün arzu edirəm”.Modern.az