image-2000x150
image-1backend

Paşinyan sülh müqaviləsi haqda: Azərbaycana qarşı ərazi iddiamız yoxdur, gələcəkdə də…

image-728x90

Ermənistan və Azərbaycan bir-birindən ərazi iddialarının olmaması ilə bağlı əlavə təminatlar gözləyirlər.

Ulusal.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının üzvləri qarşısında çıxışı zamanı deyib. O, çıxışından bir fraqmenti sosial şəbəkələrdə yayımlayıb.

“Biz o yerə gəlib çatmışıq ki, Azərbaycandan əlavə təminat istəyirik, o da bizdən. Daha doğrusu: bizim qarşılıqlı gizli ərazi tələblərimiz və bir-birimizə təcavüzümüz yoxdur”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, diplomatik sənədlərdə hər zaman müəyyən subtekst var. İrəvan və çox güman ki, Bakı qarşı tərəfin təkliflərini ərazi iddiaları üçün təhlükə kimi görür – indi olmasa da, gələcəkdə.

“Biz Azərbaycandan zəmanət istəyirik. Amma mən demək istəyirəm ki, biz də öz növbəmizdə belə təminatları verməyə hazırıq. Təbii ki, bu, proses birtərəfli ola bilməz – nə bizimlə, nə də onların tərəfində”, – Paşinyan qeyd edib.

Bu vəziyyət, baş nazirin fikrincə, suallara cavab verilənə qədər davam etdirilməli olan bir iş prosesi kimi qəbul edilməlidir.

“Nəzəri müstəvidə Ermənistanla Azərbaycan arasında sülh mümkündür. Son vaxtlar söhbətlər də məhz bu istiqamətdə gedir – Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər”, – baş nazir qeyd edib.

Ermənistanın baş nazirinin ofisi ilə Azərbaycan prezidentinin administrasiyası arasında işgüzar əlaqə xətti, Paşinyanın fikrincə, konkret nəticələrə – qarşılıqlı ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması ilə sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmalıdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90