image-2000x150
image-pasinyan-teze-1backend

Paşinyan sülh müqaviləsi bağlamaqdan niyə qorxur? -Politoloq detalları açıqladı

image-728x90

Ulusal.az xəbər verir ki, Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıdığına dair mayın 22-də  bəyanat verib. Amma maraqlıdır ki, Paşinyan siyasi konnekturadan çəkinərək dediyi bu sözün üstündə dayanmır. Paşinyanı qorxudan səbəb nədir? Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan öldürülməsindən qorxur.

image-1677503230_arzuman-222-2

“Bəlkə də də çoxlarına gülməli gələ bilər. Amma reallıq budur ki, Ermənistan terroru və terroçuları dəstəkləyən bir ölkdir. Analoji terror 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində baş verib və  baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürülüb. Paşinyanı qorxudan səbəblərdən biri budur. İkinci versiya isə Rusiya amilidir. Rusiya bölgədə hegemonluğunu təsir qüvvəsini itirmək istəmir. Çünki sülh müqaviləsi bağlansa, iki xalq sülh şəraitində yaşasa, o zaman  Rusiyaya ehtiyac qalmayacaq. Ücüncü səbəb İrandır. İran da bölgədə sülhün olmasında maraqlı deyil. Burada başqa amillər də var. Elə Paşinyanın komanda üzxvlərinin çoxu sülh müqaviləsinin bağlanmasının əleyihinədirlər. Paşinyan da 1999-cu ildə öldürülən baş nazir Vazgen Sarkisyan kimi islahatçıdır. Bir sözlə erməni cəmiyyəti sülhə hazır deyil və yaxın zamanda olmayacaq” -deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlı hesab edir ki, erməniləri sülhə gətirməyin yeganə yolu Qarabağda anti-terror əməliyyatının keçirilməsidir.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90