image-rt-reklam
image-1backend

Paşinyan Şahramanyanla görüşməkdən imtina edib

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı separatçıların rəhbəri, iki həftə öncə İrəvana qaçmış Samvel Şahramanyanla görüşməkdən imtina edir.Ulusal.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Həmin məlumatda deyilir ki, Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan tərəfindən görüşün təşkili üçün bir neçə dəfə addım atılsa da, onların heç biri baş tutmayıb.

Qeyd edək ki, Xaçatryan bu görüşdə əsasən Qarabağdan köçənlərin sosial problemlərinin həlli və əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilirdi. Lakin iki həftədir davam edən danışıqlar və cəhdlər alınmayıb.

Paşinyanın Şahramanyanla görüşməməsinin dəqiq səbəbi məlum deyil. Erməni mediası bununla bağlı iki versiya irəli sürür. Birinci versiya budur ki, Şahramanyan Paşinyanın sözünə qulaq asmayaraq, Qarabağda özbaşına hərəkət edib. Bu da Nikolun ürəyincə olmayıb. Hətta baş nazir çıxışlarının birində bəyan etmişdi ki, separatçılar onun sözünə qulaq assaydılar, bu günkü vəziyyət yaranmazdı.

İkinci versiya isə Azərbaycanla münasibətləri gərginləşdirməməkdir. Belə ki, Şahramanyan separatçıların rəhbəridir, onun Ermənistan hakimiyyəti tərəfindən qəbul edilməsi istənilən halda Bakının ürəyincə olmayacaq. Ona görə də, ermənilər bu hadisənin vəziyyəti gərginləşdirə biləcəyindən ehtiyat edildiyini düşünürlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90