image-2000x150
image-999backend

“Paşinyan Qarabağa muxtariyyət almağa çalışır”

image-728x90

“Paşinyanın son günlərinin ən diqqətçəkən ifadəsi “İlham Əliyev Qarabağa geniş muxtariyyət verməyə hazır deyil” idi”. Bu sözləri Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

O bildirib ki, Ermənistanın baş naziri bu ifadəsi ilə hələ keçən il “Qarabağ məsələsində barı aşağı salmalıyıq” fikrinə aydınlıq gətirib. “Paşinyan açıq deyir ki, Qarabağın öz müqəddəratını təyinetmə və müstəqil olması ideyasının tərəfdarı deyil. Onun məqsədi Azərbaycanın daxilində Qarabağa özünü idarəetmə status almaqdır”.

Abramyan iddia edib ki, Ermənistan hakimiyyətin hazırda əsas məqsədi Qarabağa muxtariyyət status almaqdır. “Onlar buna can atırlar. Lakin Azərbaycan bu təkliflə nəiki razı deyil, heç yaxın da buraxmır. Bu gün aparılan danışıqların mahiyyəti də bundan ibarətdir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90